...

Kişilərdən ibarət həndbol yığması "Challenge Trophy" oyunlarına qələbə ilə başlayıb

Cəmiyyət Materials 26 Oktyabr 2005 17:46 (UTC +04:00)

Kişilərdən ibarət həndbol yığması İrlandiyada start götürmüş "Challenge Trophy" oyunlarına qələbə ilə başlayıb.

Milli Federasiyada Trend ə bildirilib ki, ilkin oyunda Hikmət Abdullayevin yetirmələri ingilislərə qalib gəlib.Artıq birinci dövrədə komanda topların sayını on birədək artırmaqla yaxşı nəticə əldə etdi.

Həmçinin ilk tur çərçivəsində moldaviyalılar Şotlandiya komandasını 30:14, Malta həndbolçuları isə İrlandiya komandasını 27:17 hesabı ilə məğlub edib.

Xatırladaq ki, yığmanın qarşısında tamamilə konkret bir məqsəd qoyulub - həlledici oyunda iştirak etmək hüququ qazanmaq və orada qalib gəlmək.Komandanın "Challenge Trophy"də çıxış təcrübəsi vardır. 2003-cü ildə həmin oyunlarda komanda ikinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti