...

AFFA –nın baş katibi UEFA komissiyapsının işində iştirak edir

Cəmiyyət Materials 26 Oktyabr 2005 19:18 (UTC +04:00)

AFFA-nın baş katibi Fuad Əsədov Vyanada keçirilən UEFA Kubokunun klubların lisenziyalaşdırılması ilə bağlı işində iştirak edir.

Assossiasiyadan Trend ə verilən məlumata görə, Avstriyada mütəxəssislər UEFA İcraiyyə Komitəsinin təklif etdiyi komandala status üzrə rəhbərliyin yeni versiyası barədə qərarı müzakirə edirlər. Yeni sənəddə ötən mövsümün əvvəlində başlayan lisenziyalaşdırma sistemi üzrə idarəetmə qaydalarının dəqiq və aydın ifadə olunduğu bildirilib.

F.Əsədov özü belə hesab edir ki, yeniləşdirilən sənəddə bir sıra nüanslar var ki, onların müzakirəyə ehtiyacı var. Həmçinin, onlar məsələnin maddi tərəfinə aiddir. Belə ki, UEFA bütün klubların maddi təminatına nail olmaq üçün komandaların maliyyə siyasətinə daha sərt yanaşır. Bununla əlaqədar, UEFA bu məsələdə daha böyük şəffaflığa nail olmaq niyyətindədir və buna görə də komandalardan əvvəlkinə nisbətən daha artıq informasiya tələb edir.

Xəbər lenti

Xəbər lenti