...

Azərbaycanın təhsil naziri Avropa ölkələrinin təhsil nazirlərinin görüşündə iştirak edəcək

Cəmiyyət Materials 27 Oktyabr 2005 13:15 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov 2006-cı ilin ilk günlərində Böyük Britaniyada keçiriləcək Avropa ölkələrinin təhsil nazirlərinin görüşündə iştirak edəcək. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

Görüş zamanı təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan prezidentinin sərəncamı ilə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması üzrə Dövlət Proqramının hazırlanaraq həyata keçirilir. Sentyabrın əvvəlindən Bakı və Sumqayıtın orta təhsil məktəblərinin kompüterləşdirilməsinə başlanılıb. Proqram çərçivəsində bu şəhərlərin 210 məktəbinin kompüterləşdirilməsi nəzərdə tutulub. Proqram 3 il müddətində həyata keçiriləcək.

2005-ci ildə hökumət proqramın birinci mərhələsinin həyata keçirilməsinə $4 mln vəsait ayırıb. Onun yarıdan çoxu informasiya texnologiyaları və avadanlıqların alınmasına, qalan hissə isə mütəxəssis-pedaqoqların hazırlanmasına sərf olunacaq. Proqram çərçivəsində 100 müəllim treninq keçib. Onlar müvafiq sertifikatlar alaraq məktəblərə göndəriliblər.

Xəbər lenti

Xəbər lenti