...

Bakı meriyası Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinə mitinq keçirməyə icazə verməyib

Cəmiyyət Materials 27 Oktyabr 2005 13:56 (UTC +04:00)

"Bakı meriyası Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) oktyabrın 28-də "Qələbə" meydanında mitinq keçirməklə bağlı müraciətini məqsədəuyğun saymayıb". Bu barədə Trend ə DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu bildirib.

Qeyd edək ki, DEVAMM-ın mitinq keçirməkdə məqsədi Ramazan ayının sonuncu cüməsinin müsəlman dünyasının Qüds günü kimi qeyd olunması ilə bağlı idi. İ.İbrahimoğlu bildirib ki, aksiyanın digər məqsədi yerli və beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ probleminə yönəltmək və BMT-nin Dağlıq Qarabağ və Fələstinlə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi çağrışlarını səsləndirmək idi.

İ.İbrahimoğlu onu da bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin məktubu ilə bağlı DEVAMM məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Xəbər lenti

Xəbər lenti