...

Faiq Qarayev bir aydan sonra məşqçilik fəaliyyətinə qayıdacaq

Cəmiyyət Materials 27 Oktyabr 2005 18:13 (UTC +04:00)

Qadınlardan ibarət "AzərReyl" voleybol klubunun baş məşqçisi Faiq Qarayev bir ay ərzində komandaya rəhbərlik edə bilməz.

Trend ə məlum olub ki, əməliyyatdan sonra mütəxəssisə bərpa olunmaq üçün daha iyirmi gün lazımdır.Amma istisna edilmir ki, o, çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunadək yaxşılaşacaq.Qeyd edək ki, "AzərReyl" öz meydanında "Tenerife"yə qarşı oynayacaq.Hazırda F.Qarayev əvvəlki kimi xəstəxanada yataq rejimindədir.Mütəxəssis ayağındakı trombdan əziyyət çəkir və bu səbəbdən İtaliyanın "Pallavolo Sirio"ilə oyun ərəfəsində o, bu ağrıdan tutma ilə xəstəxanaya aparılıb.

Xatırladaq ki, F.Qarayevi "AzərReyl"də aparılan məşqçilik proseslərində Aleksandr Çervyakov əvəz edir.

Xəbər lenti

Xəbər lenti