...

Dekabrda İsveçdə Azərbaycanla bağlı tədbir keçiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2005 19:27 (UTC +04:00)

2005-ci ilin dekabr ayının ilk həftəsində İsveçin Malmö şəhərinin Husie rayonunun Icra Hakimiyyətinin binasında Azərbaycanla tanışlıq xarakteri daşıyan tədbir keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirdə bu ölkədə fəaliyyət göstərən "Xəzər" dərnəyinin sədri Leyli Kiani "Azərbaycan - tarixi, mədəniyyəti və bu günki gerçəklikləri" mövzusunda məruzə oxuyacaq. Tədbir iki hissədən ibarət olacaq. Birinci hissədə çıxış edən Leyli Kiani öz məruzəsində Azərbaycan xalqının tarixi və mədəniyyəti, müstəqillik dövroünün bir sıra nailiyyətləri, Ermənistanın respublikamıza təcavüzü və ərazilərimizin 20 faizindən çoxunun işğal edilməsi, xalqımıza qarşı törədilmiş soyqırım və terror aktları barədə məlumatlar verəcək. Tədğirin ikinci hissəsində isə L.Kiani tədbir iştirakçılarının məruzə ilə bağlı suallarını cavablandıracaq.

Tədbirin maraqlı keçməsini və dinləyicilərin Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olmasını təmin etmək məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Xəzər" dərnəyinə ölkəmizin tarixi, mədəniyyəti və bu günki inkişafından bəhs edən DID-disklər, video-kassetlər, kitablar, broşurlar və digər materiallar göndərilib.

Xəbər lenti

Xəbər lenti