...

Bakıda keçirilən şahmat festivalında

Cəmiyyət Materials 28 Oktyabr 2005 11:13 (UTC +04:00)

G.Qənbərov Xeyriyyə Fondunun sponsorluğu ilə Bakıda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş birinci beynəlxalq şahmat festivalı davam edir. Mərkəzi şahmat klubunda keçirilən yarışlarda C və D turnirlərində 9 turun 5-i artıq oynanılıb.

Trend in xəbər verdiyi kimi, C turnirində 5.0 mümkün xaldan 4.5-ni toplayan gürcüstanlı şahmat ustası D.Maqalaşvili, ukraynalı və özbəkistanlı qrossmeysterlər E.Andreyev və Ş.Safin liderlik edirlər. Qrossmeyster Q.Hüseynov və şahmat ustası R.Babayev də daxil olmaqla 5 şahmatçı 4.0 xalla ikincidirlər.

Xatırladaq ki, A və B turnirlərində yarışlar noyabrın 1-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti