...

Yunan-Roma döyüşü üzrə Azərbaycan komandası Lipetskdə 6 medal qazanıb

Cəmiyyət Materials 28 Oktyabr 2005 13:22 (UTC +04:00)

Yunan-Roma döyüşü üzrə Azərbaycan komandası Lipetskdə yeniyetmələr arasında beynəlxalq turnirin ümumi hesabında 2-ci yerdədir.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Fərhad Aydınlı (38 kq), Orxan Əhmədov (50 kq), Murad Hüseynov (60 kq) və Rəşad Əhmədov (74 kq) ən yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Ağaverdiyev (60 kq) və Zaur İslamzadə (70 kq) isə ilk üçlükdə sonuncudurlar.

Qeyd etmək lazımdır ki, yarışda Qazaxıstan, Ukrayna, Rusiya və Azərbaycanın 350-dən artıq idmançısı iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti