...

Azərbaycanın boks üzrə yığması dünya çempionatında tərkibi müəyyənləşib

Cəmiyyət Materials 28 Oktyabr 2005 14:55 (UTC +04:00)

Azərbaycanın boks üzrə yığmasının məşqçi qərərgahı noyabrın ortalarında Çində keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının tərkibini müəyyən edib.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi məlumata görə, komandaya Ceyhun Əbiyev (48 kq), Samir Məmmədov (51 kq), Elşən İsmayılov (54 kq), Şahin İmranov (57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xayırov (69 kq), Cavid Tağıyev (75 kq), Anar Mirzəyev (81 kq), Vüqar Ələkbərov (91 kq) və Elçin Əlizadə (+91 kq) daxil edilib. O qeyd edib ki, yığmanın tərkibinin toplanmasının davam etməsinə baxmayaraq, hər hansı bir dəyişiklikyilyin baş verəcəyi gözlənilmir.

Qeyd etmək lazımdır ki, müxtəlif səbəblə üzündən Afinada keçirilən Olimpiya oyunlarının 2 bürünc mükafatçısı Ağası Məmmədov və Fuad Aslanov dünya çempionatında iştirak etməyəcək. Birincci avtomobil qəzasında aldığı xəsarətlərə görə, ikincisi isə rəqibi S.Məmmədova uduzduğuna görə yığmaya daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti