...

Naxçıvanda insan alveri ilə bağlı seminar keçiriləcək

Cəmiyyət Materials 28 Oktyabr 2005 16:13 (UTC +04:00)

"Təmiz Dünya" İctimai Birliyi (İB) insan alveri ilə bağlı seminar keçirəcək. Bu barədə Trend ə "Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova məlumat verib.

Tədbirdə hüquq-mühafizə, yerli icra orqanları, ictimai təşkilatlar və ictimaiyyət nümayəndələri də iştirak edəcək. "Naxçıvan tranzit ərazi olduğuna görə burada insan alveri ilə məşğul olmaq daha əlverişlidir. Bu səbəbdən də həmin bölgədə yaşayan əhali arasında insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə aparmaq üçün seminarlar təşkil etmək zəruridir" - deyə M.Zeynalova bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu seminarlar həmin bölgədə yaşayan əsasən qadınların və azyaşlıların insan alverinin qurbanına çevrilmək təhlükəsinin azalmasına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti