...

Norveç beynəlxalq əməkdaşlıq mərkəzinin nümayəndələri Azərbaycanda təhsil sahəsində Boloniya deklarasiyasının tətbiqini öyrənir

Cəmiyyət Materials 28 Oktyabr 2005 17:09 (UTC +04:00)

Norveç beynəlxalq əməkdaşlıq mərkəzi Azərbaycanın təhsil sisteminə Boloniya deklarasiyasının tətbiqinə dair layihələr həyata keçirməyi planlaşdırır. Trend bildirir ki, bu barədə mərkəzin nümayəndəsi xanım İnqveld Brok AR Təhsil naziri Misir Mərdanov ilə görüşündə bəyan edib.

İ.Brok Mərkəzin Rusiya və Baltikyanı ölkələrdə gerçəkləşdirdiyi layihələr barədə məlumat verib, həmçinin Azərbaycan ilə də səmərəli əməkdaşlıq qurmağa hazır olduğunu bildirib.

Görüşdə Azərbaycan xarici dillər universitetində skandinaviya dilləri fakültəsinin açılması məsələləri üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib, birbaşa əlaqələr qurulması imkanı, tələbə və müəllim mübadiləsi və digər bu kimi məsələlərə baxılıb.

Xəbər lenti

Xəbər lenti