...

Akif Muradverdiyevin apellyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 28 Oktyabr 2005 18:15 (UTC +04:00)

Oktyabrın 28-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində Prezidentin İcra Aparatının (PİA) İşlər İdarəsinin sabiq müdiri, hazırda həbsdə olan Akif Muradverdiyevn şikayətinə baxılıb. Trend məlumat verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda A.Muradverdiyevin şikayəti təmin edilməyib.

İstintaq orqanları A.Muradverdiyevi hakimiyyəti zorla ələ almağa hazırlıqda, kütləvi iğtişaşlar hazırlamaqda təqsirləndirir. O, istintaqa verdiyi ilkin ifadəsində özünü təqsirli bilməyib.

Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş 3 aylıq həbs-qətimkan tədbiri ilə razılaşmayaraq apellyasiya instansiyasına müraciət edib. PİA İşlər İdarəsinin sabiq müdiri Apellyasiya Məhkəməsinə ünvanladığı şikayət ərizəsi ilə barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsini tələb edib.

Lakin hakim şikayəti əsassız hesab edərək onun təmin olunmaması ilə bağlı qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti