...

Azərbaycanın gənclərdən ibarət futbol yığması Ermənistana qalib gəlib

Cəmiyyət Materials 28 Oktyabr 2005 18:28 (UTC +04:00)

Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığması İsraildə keçirilən Avropa birinciliyinin seçmə yekun matçında Ermənistan komandasına 3:0 hesabı ilə qalib gəlib.

AFFA-dan Trend ə verilən məlumata görə, oyun əvvəldən axıra kimi matçın gedişinə əminliklə nəzarət edən Şakir Qəribovun komandasının üstünlüyü ilə keçib. Nəticədə kollektiv 3 dəfə rəqibi oyunu meydanın mərkəzindən başlamağa məcbur edib və layiq olduğu qələbəni qazanıb.

Bu arada növbəti ixtisas mərhələsinə çıxışı vaxtından əvvəl təmin edə bilmiş meydan sahibləri xal hesabına görə Azərbaycanla bərabər olan Rusiyanı məğlub edib. Hər iki yığmanın aktivində 4 xal olsa da, buraxılan və vurulan qollar arasındakı fərqə görə Rusiya komandası ikinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti