...

Qurban Qurbanovla vida matçı noyabrın 16-na planlaşdırılıb

Cəmiyyət Materials 31 Oktyabr 2005 10:50 (UTC +04:00)

Azərbaycan futbolunun forvardlarından biri olan və öz karyerasını başa vurmağı qərara alan Qurban Qurbanovla vida matçının noyabrın 16-da təşkil olunması planlaşdırılır.

Yarışların təşkili üzrə AFFA Departamentinin rəisi Məlik Həsənovun Trend ə bildirdiyi kimi, oyun ölkənin ən yaxşı futbolçuları və legionerlərindən ibarət komandalar arasında keçiriləcək. Bu, ölkənin futbol tarixində ilk belə görüş olacaq.

Qeyd etmək lazımdır ki, Q.Qurbanov hazırda "İnter"in idman direktorudur.

Xəbər lenti

Xəbər lenti