...

Hacı Hacıağa Nuri Avropa İnsan Haqları Məhkəməsinin müraciətini gözləyir

Cəmiyyət Materials 31 Oktyabr 2005 14:29 (UTC +04:00)

"Azərbaycan İslam Partiyasının sədri Hacı Hacıağa Nuri Avropa İnsan Haqları Məhkəməsinin ona müraciətini gözləyir". Bu barədə Trend agentliyinə H.H.Nurinin vəkili Çingiz Quliyev bildirib.

Ç.Quliyev qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi Hacı Hacıağa Nurinin hüquqlarının qorunması ilə bağlı müraciətini hələ icraata götürməyib: "Bu məhkəmə işi icraata görüməzdən öncə bizə müraciət edən zaman iddia ərizəmizi geri götürəcəyik". Vəkil bu müraciəti gözləmədən H.H.Nurinin artıq Konstitusiya Məhkəməsi tərəfindən namizədliyinin bərpa olunması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə məlumat verməyəcəklərini də vurğulayıb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin qərarı ilə H.H.Nurinin namizədliyi oktyabrın 21-də bərpa edilib.

Ç.Quliyev seçkilərin nəticələrini gözləməyi qərara aldıqlarını bildirib: "Məhkəmələr üzündən H.H.Nuri 40 gün seçki təbliğatına gecikib. Ona mənəvi zərər dəyib. Buna görə də bir qədər gözləməliyik".

Xəbər lenti

Xəbər lenti