...

"Neftçi" bədii gimnastika üzrə klub dünya çempionatında 5-ci yeri tutub

Cəmiyyət Materials 31 Oktyabr 2005 15:03 (UTC +04:00)

Gimnastlardan ibarət "Neftçi" komandası Tokioda başa çatmış AEON CUP-2005 klub dünya çempionatında 5-ci yeri tutub. Azərbaycan gimnastika Federasiyasının mətbuat xidmətində Trend ə bildirilib ki, Dinara Gimatova, Anna Qurbanova və Zeynəb Cavadlı ümumi hesabla 77.75 bal toplayıb.

Beləliklə, Yaponiyada nüfuzlu ənənəvi çempionatda ilk dəfə təmsil olunan Azərbaycan klubu iştirakçı olan 20 komanda arasında 5-ci olub.

Dünya klub çempionu Rusiyanın "Qazprom" komandası olub.İkinci yerə "Şkola Deröqinıx" (Ukraina), üçüncü yerə "Dinamo" (Belarusiya), dördüncü yerə "İriana" (Bolqarıstan) komandası çıxıb.

Yeri gəlmişkən, elə da oktyabr ayında Bakıda keçirilən dünya çempionatında da ümumi komanda hesabında bu ardıcıllıq izlənilirdi.

Fərdi yarışlara gəlincə, Anna Qurbanova çoxnövçülüyün final yekununa əsasən 56.9 xal toplayaraq 6-cı yeri tutub.Onun komanda rəfiqəsi Dinara Qimatova 56.8 xalla 7-ci olub.

Turnirin qalibi və mükafatçıları 2005-ci il dünya çempionatının qalibi rusiyalı Olqa Kapranova, Rusiyanın digər nümayəndəsi Vera Sesina və ukraynalı Anna Bessonova olub.

Yarışlarda yeniyetmələr arasında keçirilən yarışlarda çıxış edən Zeynəb Cavadlı şəxsi hesabda münsiflərdən 21.45 xal alaraq 10-cu yeri tutub.

Burada yenə də Rusiya gimnastı Yevgeniya Kanayeva birinci, Mariya Yuşkeviç (Belarusiya) ikinci, ukraynalı Marina Boyko isə üçüncü olub.

Xəbər lenti

Xəbər lenti