...

Avropa parlamentariləri İnsan Hüquqları İnstitutunda olub

Cəmiyyət Materials 31 Oktyabr 2005 18:55 (UTC +04:00)

Oktyabrın 31-də Avropa Şurası Parlament Assamleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin sdər müavini Eduard Lintner və Almaniya Parlamentinin deputatı Verner Münx Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda olublar. Trend xəbər verir ki, İnstitutun direktoru Rövşən Mustafayev qonaqları ölkədə insan hüquq və azadlıqlarının qorunması sahəsi ilə bağlı məlumat verib.

R.Mustafayev institutun təşəbbüsü ilə yaradılan İnsan Hüquqları Üzrə Beynəlxalq Elmi Şuranın və Ekspert Komissiyasının apardığı araşdırmaları qonaqlara təqdim edib.Avropalı deputatlar noyabrın 6-da keçiriləcək parlament seçkiləri ilə bağlı vəziyyətlə maraqlanmış, seçki prosesinin demokratikləşdirilməsi məqsədilə hakimiyyət strukturları üçün hazırlanmış tövsiyyələrlə tanış olmuş, bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdirilməsinin zərurətini vurğulayıblar.

Görüşün sonunda Azərbaycanın Milli Məclisinə seçkilərlə bağlı ekspert komissiyasının tövsiyyələr toplusu avropalı parlamentarilərə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti