...

Boks üzrə Azərbaycan yığması Çikaqoda ABŞ komandası ilə qarşılaşacaq

Cəmiyyət Materials 1 Noyabr 2005 11:09 (UTC +04:00)

Boks üzrə Azərbaycan yığması dekabrın əvvəlində Çikaqoda ABŞ komandası ilə qarşılaşacaq.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə bildirdiyi kimi, Amerika tərəfi bir il bundan əvvəl Bakıda azərbaycanlı atletlərin 8:0 hesablı qələbəsini nəzərə alaraq revanş matçı təşkil etmək niyyətindədir. "Danışıqlardan sonra biz hər iki tərəfdən müxtəlif çəki drəcəli 11 boksçnun iştirak edəcəyi görüşün dekabrın 3-də keçiriləcəyi ilə bağlı razılığa gəlmişik", - deyə A.Əbiyev qeyd edib. İdmançılardan başqa nümayəndə heyətinin tərkibinə 3 məşqçi və 1 hakim daxildir.

Hər iki komanda noyabrda Çində keçiriləcək dünya çempionatına qatılacağından kollektivin tərkibi sonra müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti