...

Xəzər dənizinin səviyyəsinin dəyişməsi Alma-Atada müzakirə olunur

Cəmiyyət Materials 1 Noyabr 2005 13:15 (UTC +04:00)

Xəzər dənizinin səviyyəsinin enib-qalxması noyabrın 1-də Alma-Atada Xəzər dənizinin sahilyanı zolağının sabit inikşafınin təmin edilməsi üzrə keçirilən konfransda müzakirə olunur. Bu barədə Trend ə ekologiya və təbii sərvətlər nazirliyində bildirilib.

Konfransda həmçinin sahilboyu landşaftın vəziyyəti, problemləri və bunların həlli yolları müzakirə ediləcək. Xəzər ekoloji proqramı tərəfindən təşkil edilmiş tədbirdə 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın nümayəndələri iştirak edir. Azərbaycanı tədbirdə nazirliyin Milli hidrometeorologiya departamentinin Dəniz hidrometeorologia mərkəzinin rəhbəri Əmir Əliyev təmsil edir.

Xəbər lenti

Xəbər lenti