...

Ali Məhkəmənin Plenumunda Nizami rayon Məhkəməsinin hakiminin şikayətinə baxılacaq

Cəmiyyət Materials 1 Noyabr 2005 13:46 (UTC +04:00)

Ali Məhkəmənin Plenumunun növbəti iclasında Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hakimi Vilayət Nadirovun şikayət ərizəsinə baxılacaq. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli məlumat verib.

Nizami rayon Məhkəməsinin hakimi Vilayət Nadirovun şikayəti Məhkəmə-Hüquq Şurasının onun hakimlik fəaliyyətinə xitam verilməsi ilə bağlı çıxardığı qərardandır.

Hakim qərarla razılaşmır və hesab edir ki, 5 il ərzində göstərdiyi fəaliyyətində heç bir nöqsana yol verməyib.

Plenumun parlament seçkilərdən bir neçə gün sonra keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti