...

Vaqif Sadıqov Ronaldinonu FİFA-nın ənənəvi sorğusuna əsasən ilin oyunçusu hesab edir

Cəmiyyət Materials 1 Noyabr 2005 14:05 (UTC +04:00)

Azərbaycan yığmasının baş məşqçisi Vaqif Sadıqov "Barselona"nın yarımmüdafiəçisi Ronaldinonu bu ilin ən yaxşı oyunçusu adlandırıb.

Mütəxəssis özü Trend ə bildirib ki, FİFA-nın milli komandaların məşqçiləri və kapitanları arasında keçirdiyi ənənəvi sorğuda o, braziliyalı oyunçuya üstünlük verir. "Mən hesab edirəm ki, Ronaldino çox gözəl mövsüm keçirib, belə ki, o, "Barselona"ya İspaniya çempionatında qalib gəlməyə və Braziliya yığmasının əsl liderə çevrilməsinə kömək etdi" -deyə V.Sadıqov bildirib. İkinci yerə məşqçi "Çelsi"nin əsas oyunçusu Frenk Lempardı, üçüncü yerə isə kapitan "Liverpul"un kapitanı Stiven Cerardı layiq görüb.

Qeyd etmək lazımdır ki, sorğunun yekunlarına əsasən, daha çox səs toplamış futbolçu ənənəvi mükafat - "Brilliant top"u alacaq.

Xəbər lenti

Xəbər lenti