...

Hərbi komissarın məhkəməsi başlanıb

Cəmiyyət Materials 1 Noyabr 2005 18:18 (UTC +04:00)

Noyabrın 1-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Qürbət Əsgərovun sədrliyi ilə bir qrup hərbçinin məhkəməsi başlanacaq. Bu barədə Trend ə hakim Qürbət Əsgərov məlumat verib.

AR CM-nin 311, 313, 320 və 341-ci maddələri ilə təqsirləndidirən şəxslər Əzizbəyov rayonun sabiq hərbi komissarı Elçin Məmmədov, N saylı hərbi hissənin xüsusi rabitə və məxfi rejim bölməsinin sabiq rəisi Etibar Rzayev, eyni hissənin təşkilat-komplektləşdirmə bölməsinin sabiq rəis köməkçisi Soltan Kərimov, Şamaxı rayon Hərbi komissarlığının sabiq işçisi Aslan Məmmədov, sabiq gizir Firudin Məmmədov, sabiq hərbi qulluqçu Anzor Tazarturkov və bir neçə mülki vətəndaşdır.

Sabiq komissar Elçin Məmmədov məhkəmə ifadəsində təqsirini qismən etiraf edib və bildirib ki, həqiqətən də müəyyən məbləğ müqabilində çağırışçıları hərbidən yayındırıb. Lakin ifadə verən digər müttəhim Etibar Rzayev məhkəmənin nəzərinə çatdırıb ki, özünü tam təqsirsiz hesab edir.

Məhkəmə iclası noyabrın 2-də digər təqsirləndirilənlərin ifadələri ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti