...

"AzərReyl" Zaqrebə yola düşüb

Cəmiyyət Materials 2 Noyabr 2005 13:49 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar liqasının noyabrın 3-də keçiriləcək qrup mərhələ matçında "Mladosti" komandasına qarşı oyunda iştirak etmək üçün Zaqrebə yola düşüb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Xorvatiyaya səfərə yola düşməzdən əvvəl komanda Moskvada qüsa müddətli təlim-məşq toplantısı keçirib. Klubun baş məşqçisi Faiq Qarayev hələ də xəstəxanada olduğundan və yataq rejiminə riayət etdiyindən Zaqrebdə "AzərReyl"ə yenə Aleksandr Çervyakov rəhbərlik edəcək.

Xatırladaq ki, oynanılan iki turdan sonra Azərbaycan çempionu tkrnir cədvəlində 4-cü yeri tutur.

Xəbər lenti

Xəbər lenti