...

İctimai Televiziyanın monitorinqinin sentyabr ayı üzrə nəticələri açıqlanıb

Cəmiyyət Materials 2 Noyabr 2005 14:58 (UTC +04:00)

Nəcəf Nəcəfov Fondu "İctimai Televiziyanın monitorinqi" layihəsinin 2005-ci ilin sentyabr ayı üzrə nəticələrini təhlil edib və xülasə hazırlayıb. Trend in məlumatına görə, noyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində monitorinqin nəticələrinə dair təqdimat mərasimi keçirilib.

İctimai Teliviziyanın (İTV) verilişləri məlumatlandırma, maarifləndirmə, əyləncə, reklam və anonslar bölmələri üzrə təsnifatlaşdırılıb. Məlumatlandırma bölməsinə xəbərlər, tok-şoular, debatlar, analitika, təbliğat və anonslar daxil edilib. İTV sentyab aryında efirin 23,8 faizini məlumatlandırmaya həsr edib. Maarifləndirmə bölməsinə aid olan verilişlərə ümumi efirin 22,9 faizi sərf olunub. Bədii-əyləncəli verilişlər ümumi efirin 49,4 faizi qədərdir.

Monitorinqin nəticələrinə görə, İTV sentyabr ayında parlament seçkilərinin işıqlandırılmasına ən çox yer ayıran kanaldır. İTV hökumət və ona yaxın siyasi qüvvədərə daha çox yer verib, sonrakı yerlərdə beynəlxalq təşkilatların fikir və mövqeləri, sonra "Azadlıq" bloku, "Yeni Siyasət" bloku, Liberal Partiyası gəlir. Hakim partiya (YAP) və hökumətə ayrılan vaxtın 34,3 faizi müsbət, 63,8 faizi neytral, 1,9 faizi mənfi informasiyalardan ibarətdir. "Azadlıq" bloku haqqında heç bir müsbət informasiya verilməyib, 94,2 faiz balanslı, 5,8 faiz mənfi məlumat verilib. Ümumilikdə İTV-nin sentyabr ayında bütün efir vaxtı ərzində seçki mövzusunda səsləndirdiyi müsbət məlumatların 99,7 faizi YAP və ona yaxın siyasi qüvvələr haqqında olub. İTV-nin yerdə qalan partiya və bloklar, namizədlər haqqında yaydığı informasiyaların əksəriyyəti neytral olub.

Tədbirdə iştirak edən İTV-nin baş direktoru İsmayıl Ömərov bildirib ki, bu Fond Nəcəf Nəcəfovun adına layiq monitorinq aparıb və onların təhlilləri, iradları ilə razılaşır. Eyni zamanda İ.Ömərov bəzi məqamlarla bağlı narazılığını bildirib, dövlətin rəsmi tədbirləri, həmçinin YAP-a aidiyyatı olmayan məlumatların da hökumət barədə informasiyalar bölməsinə daxil edildiyini deyib. O, İTV-nin maarifləndirməyə geniş yer verdiyini, həmçinin müxalifət bloklarının bütün tədbirlərinin işıqlandırıldığını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti