...

Ruslan Xairov Həvəskar Boks üzrə Avropa Assosiasiyasının reytinqində birinci yeri tutur

Cəmiyyət Materials 2 Noyabr 2005 15:33 (UTC +04:00)

Azərbaycanlı boksçu Ruslan Xairov Həvəskar Boks üzrə Avropa Assosiasiyasının (HBAA) reytinqinə başçılıq edir.

Trend in məlumatına görə, dəri əlcək ustası 69 kq qədər olan çəki dərəcəsinə qədər öz mövqeyini qoruyub saxlaya bilib. Bir sıra beynəlxalq turnirlərdə, sonuncu dünya və Avropa çempionatında, eləcə də Afinadakı Olimpiya oyunlarında uğurlu çıxışları Ruslana lider olması üçün əlavə xallar qazandırıb. Bu zaman ənənvi güclü Rusiya məktədinin nümyaəndəsi Andrey Balanov ryetinqdə yalnız 7-ci yeri tuta bilib.

Qeyd etmək lazımdır ki, noyabrın ortalarında R.Xairov yığma komandanın təkibinə daxil edilərək ona Pekində keçiriləcək dünya çempionatında iştirak etmək və öz ustalığını nümayiş etdirmək üçün daha bir şans verilib. Hələlik isə o, mundial ərəfəsində təlim-məşq toplantısını başa vurmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti