...

UEFA-nın baş katibi Azərbaycan stadionlarında təftiş aparır

Cəmiyyət Materials 3 Noyabr 2005 12:03 (UTC +04:00)

UEFA-nın baş katibi Lars-Krister Olsson ölkə stadionlarında təftiş aparır.

AFFA-dan Trend ə verilən məlumata görə, səfərə ölkə regionlarından başlayan baş katib Tovuz, İmişli, Yevlax və Lənkəranın stadionlarına baş çəkərək onların səviyyəsini qiymətləndirib. Noyabrın 3-də o, Bakıya gəlib. Lars-Krister Olsson burada Toftq Bəhramov adına Respublika stadionu ilə tanış olacaq, AFFA və Gənclər, İdman və Turizm Nazirliyi rəhbərliyi ilə görüşəcək. Görüşdə yerli futbolun ümumi inkişafı, klublara lisenziyanın verilməsi və digər məsələlər müzakirə olunacaq.

Baş katibin Bakıya səfəri axşam, yekun mətbuat-konfransı ilə başa çatacaq və o, İsveçrəyə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti