...

Ağasəlim Mircavadov: "Birlik Kubokunun iştirakçıları bərabər şanslar alacaq"

Cəmiyyət Materials 3 Noyabr 2005 12:17 (UTC +04:00)

"Birliyin futbol üzrə çempionlar Kuboku reqlamentinin dəyişməsi ilə bağlı olaraq onun iştirakçıları bərabər şərtlər alacaq". "Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov Azərbaycan çempionunun da iştirak edəcəyi ənənəvi yarışın sxem dəyişikliyini belə şərh edib.

Trend məlumat verir ki, bu il təşkilatçıların turnirin əvvəlki formuluna qayıtması barədə qərar qəbul deilib. İndi on altı komand dörd qrupa bölünəcək, bir dairədə keçirilən turnirdən sonra iki ən güclü kollektiv pley-off-da mübarizəni davam etdirəcək. Ötənilki yarışlardan fərqli olaraq Rusiya və Ukrayna çempionları imtiyazlardan məhrum edilib və onlar yarımfinaldan yox ilkin qrup mərhələsindən yarışacaq.

Qeyd etmək lazımdır ki, Birlik Kubokunun püşkatması noyabrın ortalarına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti