...

Faiq Qarayev "Mladost" komandasına qarşı matçda "AzərReyl"ə rəhbərlik edəcək

Cəmiyyət Materials 3 Noyabr 2005 15:15 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubunun məşqçisi Faiq Qarayev yenidən əvvəlki fəaliyyətinə qayıdıb.

Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, mütəxəssis artıq Xorvatiyadadır və o, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda yetirmələrinin "Mladost" komandasına qarşı oyununda onlara rəhbərlik edəcək. "Məşqçi özünü yaxşı hiss edir və yenə də komanda ilə birlikdədir. Onun qayıdışı qarşıdakı çətin oyun ərəfəsində voleybolçularımızın psixoloji vəziyyətinə müsbət təsir edib", - deyə mətbuat katibi qeyd edib.

Xatırladaq ki, F.Qarayev səhhətində baş vermiş problemlərlə əlaqədar "AzərReyl"lə İtaliyanın "Pallavolo Sirio" komandası arasında görüş ərəfəsində xəstəxanaya yerləşdirilmişdi. Həmin dövrdə onun vəzifələrini isə Aleksandr Çervyakov icra edirdi.

Xəbər lenti

Xəbər lenti