...

Azərbaycan və Gürcüstanın Milli Olimpiya Komitələri əməkdaşlıq haqqında saziş imzalayıb

Cəmiyyət Materials 3 Noyabr 2005 15:55 (UTC +04:00)

Azərbaycan və Gürcüstanın Milli Olimpiya Komitələri idman sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.

Sazişə əsasən, Çində keçiriləcək Olimpiya oyunlarına hazırlıq çərçivəsində Gürcüstan və Azərbaycanın Olimpiya Komitələri tərəfindən yarışlar və regional turnirlər təşkil olunacaq. Tərəflər idman, informasiya mübadiləsi, elm və texnika sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanın Milli Olimpiya Komitəsindən verilən məlumata görə, sazişdə, həmçinin, idmançıların hər iki ölkədə keçirilən yarışlarda iştirakı da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti