...

Avropa Azərbaycanlıları Konqresi parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 3 Noyabr 2005 19:17 (UTC +04:00)

Avropa Azərbaycanlıları Konqresi Azərbaycanda 6 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bəyanatda Avropada yaşayan azərbaycanlıların ölkəmizdəki ictimai-siyasi prosesləri diqqətlə izlədiyi və son zamanlar baş verən bəzi xoşagəlməz hadisələrdən dərin narahatlıq hissi keçirdiyi vurğulanıb.

"Heydər Əliyevin rəhbərliyi və müdrikliyi sayəsində ölkəmizdə sabitliyə nail olunmuş, xalqımızın müstəqilliyi, xoşbəxtliyi üçün xeyli işlər görülmüşdür. Hazırda ümummilli liderimizin siyasi xəttini uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hər bir sahədə islahatlar həyata keçirilməkdədir"-deyə sənəddə vurğulanır.

Avropa Azərbaycanlıları Konqresinin bəyanatında noyabrın 6-da parlament seçkilərinin şəffaflığının və demokratikliyinin təmin olunması üçün Azərbaycan hakimiyyəti tərəfindən bütün zəruri addımların atıldığı, lakin bəzi siyasi qüvvələrin hər vasitə ilə respublikamızda gedən, sabitliyin, inkişafın təmin edilməsinə yönəlmiş proseslərə mane olmağa çalışdığı qeyd edilib: "Bu qüvvələr hətta hakimiyyəti qanuna zidd olaraq ələ keçirmək niyyətindədirlər. Biz - Avropada yaşayan azərbaycanlılar prezident İlham Əliyevin ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş cəhdlərin qarşısının alınması və 6 noyabr parlament seçkilərinin azad, demokratik şəraitdə keçirilməsi istiqamətində atdığı addımları dəstəkləyir və bütün siyasi partiyaları qanun çərçivəsində seskilərə qatılmağa çağırırıq" - deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti