...

Kiyevdə "Cənubi Qafqaz ölkələrində informasiya azadlığı" mövzusunda treninq keçirilir

Cəmiyyət Materials 5 Noyabr 2005 14:25 (UTC +04:00)

Kiyevdə noyabrın 22-27-də jurnalistlər, hüquqşünaslar və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri üçün "Cənubi Qafqaz ölkələrində informasiya və fikir azadlığı" mövzusunda treninq keçirilir. Treninqin təşkilatçıları "Maddə 19" söz azadlığının müdafiəsi üzrə beynəlxalq QHT, Azərbaycanın "Yeni Nəsil" Jurnalistlər Birliyinin, Yerevan mətbuat klubunun, Gürcüstanın "Azadlıq İnstitutu" QHT, eləcə də Tsxinvalidən "İnsan haqları üzrə Əməkdaşlıq" QHT-dır. Bu barədə Trend "Qafqaz-Press" agentliyinə istinadən məlumat verib.

"Azadlıq İnstitutu"dan verilən məlumata görə, treninqin keçirilməsində məqsəd demokratik dövlətlərdə jurnalistlərin və söz azadlığı məsələləri üzrə QHT-nın nümayəndələrinin biliyini və ixtisasını artırmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti