...

Faiq Həsənov: "Şəhriyar Məmmədyarov dünya birinciliyində qalib gəlmək iqtidarındadır"

Cəmiyyət Materials 8 Noyabr 2005 15:15 (UTC +04:00)

"Şəhriyar Məmmədyarov İstambulda gənclər arasında dünya birinciliyinin qalibi olmaq və planetin Kubokuna putyovka qazanmaq iqtidarındadır". Bu barədə Trend ə milli Federasiyanın vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov yarış ərəfəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan şahmatçısı yarış iştirakçıları arasında daha yüksək reytinqə malikdir və bu da onun qələbəsinə imkan yaradır. F.Həsənov hesab edir ki, Şəhriyarın əsas rəqibi ukraynalı Andrey Volokitin və Sergey Karyakin ola bilər. Amma qələbəyə iddialı olan digər rəqib - hindistanlı Pental Xarikrişna turnir baxımından çox da təhlükəli deyil və həmçinin nəzərə alınmalıdır ki, o, artıq Xantı-Mansiyskdə dünya Kubokuna vəsiqə qazanıb.

Xatırladırıq ki, bir neçə il bundan əvvəl Naxçıvanda keçirilən dünya birinciliyində bizim qrossmeyster qalib gəlib.

Xəbər lenti

Xəbər lenti