...

"Neftçi" Birliyin Kubokuna ərizə verib

Cəmiyyət Materials 9 Noyabr 2005 12:36 (UTC +04:00)

"Neftçi" yanvar ayında Moskvada keçiriləcək Birliyin Kuboku uğrunda yarışlarda iştirak etməklə bağlı ərizə verib.

Komandanın baş məşqçisi Ağasəlim Mircavadovun Trend ə verdiyi məlumata görə, qarşıdakı turnirdə çıxış etmək məsələsi əvvəlcə kollektivin statusu nəzərə alındığı üçün bir məqsəd kimi qarşıya qoyulmamışdı. "Ötən mövsümdə "Neftçi" Azərbaycan birinciliyinin qalibi olduğu üçün məhz bizim yarışa getməyimiz çox təbiidir. Həm də ötən oyunlarda klub uğurla çıxış edərək finala qədər gedərək öz statusunu artırıb", - deyə məşqçi bildirib. Eyni zamanda, məşqçi "Neftçi"nin konkret hazırlıq planı barədə qış fasiləsi zamanı çempionatın birinci dairəsi başa çatdıqdan sonra məlum olacaq.

Xatırladaq ki, Birliyin Kuboku uğrundla ötən yarışların finalında komanda Moskvanın "Lokomotiv" komandasına 1:2 hesabı ilə uduzmuşdu.

Xəbər lenti

Xəbər lenti