...

Azərbaycanın mədəniyyət naziri Misirdə keçiriləcək mədəniyyət günlərində nümayəndə heyətinə rəhbərlik edəcək

Cəmiyyət Materials 9 Noyabr 2005 12:42 (UTC +04:00)

Noyabrın 10-dan Qahirədə Azərbaycanın Mədəniyyət günləri keçiriləcək. Misirin Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, Azərbaycanın 70-dən artıq mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyətinə ölkənin mədəniyyət naziri Polad Bülbül oğlu rəhbərlik edəcək.

Mədəniyyət günləri müvafiq qurumların əməkdaşlığına dair hər iki ölkə arasında imzalanmış saziş çərçivəsindhə keçiriləcək. Azərbaycan mədəniyyətini Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət Kamera Orkestri, Dövlət Opera və Balet Teatrının solistləri, Muğam teatrı və başqaları təmsil edəcək.

Tədbir çərçivəsində sərgi təşkil olunacaq və qonaqlar Azərbaycanın mədəniyyəti - qədim xalçalar, musiqi alətləri və şəkillərlə tanış olacaqlar. Bundan başqa, Fəxriyyə Xələfovanın kolleksiyası nümayiş olunacaq. Tədbir noyabrın 14-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti