...

Azərbaycan İntertoto Kubokunda bir komanda ilə təmsil olunacaq

Cəmiyyət Materials 9 Noyabr 2005 15:56 (UTC +04:00)

Növbəti mövsümdən Azərbaycan İntertoto Kubokunda bir komanda ilə təmsil olunacaq. Bu qərar növbəti mövsümdə turnirdə yerlərin bölüşdürülməsi prinsipini təsdiq etmiş UEFA-nın İcra komitəsində qəbul edilib.

Trend ə məlum olub ki, sənədə əsasən, yarış iştirakçılarının ümumi sayı nəzərə çarpacaq dərəcədə azalıb. İştirakçıların əsas syiahısı İntertoto Kubokunda öz çıxışını təsdiq edən milli assosiasiyaların sayı diqqətə alınmaqla tərtib olunacaq. Bundan başqa, Federasiyadan hər hansı bir klub turnirdə iştirakını bildirmədiyi təqdirdə vakant yerlərin UEFA-nın reytinqinə müvafiq olaraq assosiasiyaya daxil olanlar arasında bölüşdürülməsi üçün gözləmə siyahısı yaradılacaq.

2006/07-ci mövsümdə İntertoto Kubokunun tərkibi də dəyişəcək. Turnirin yeni qaydalarına əsasən, beş raund əvəzinə cəmi üç raund oynanılacaq. Üçüncü raundda qalib olan on bir komanda UEFA Kubokunun ikinci seçmə raundunda yer alacaq.

Xəbər lenti

Xəbər lenti