...

Karate üzrə Azərbaycan yığması Kiprə yola düşüb

Cəmiyyət Materials 9 Noyabr 2005 17:09 (UTC +04:00)

Azərbaycanın karate üzrə yığması noyabrın 10-da gənclər arasında dünya birinciliyinin başlayacağı Kiprə yola düşüblər.

Federasiyanın prezidenti Yaşar Bəşirovun Trend ə verdiyi məlumata görə, komandanın tərkibinə İsmayıl Quliyev (55 kq), Rafiz Həsənov (60 kq), İsrafil Şirinov, Rüstəm Mədətov (60 kq), Rafael Ağayev (70 kq), Amal Atayev (75 kq), Şahin Atamov (80 kq), Pərviz Əbdülkərimov (65 kq), Ceyhun Əliyev (80 kq), Cavid Kərimov (+ 80 kq) və Nərgiz Mehdiyeva (53 kq) daxildir. Y.Bəşirov hesab edir ki, ölkə karateçilərinin iri yarışlardan mükafatsız qayıtmadıqlarını da nəzərə alaraq onun yetirmələri yarışda uğurla çıxış edəcəklər.

Onun fikrincə, kollektiv ən azı 3 mükafat qazana bilər. Lakin atletlər bu rəqəmi artıra da bilərlər.

Xəbər lenti

Xəbər lenti