...

Hacı Sabir: ABŞ Dövlət departamentinin dünyada dini azadlıqlara riayət olunmasına dair məruzə qərəzli xarakter daşıyır

Cəmiyyət Materials 9 Noyabr 2005 18:58 (UTC +04:00)

ABŞ Dövlət departamentinin Azərbaycanın da hakimiyyəti qeyri-ənənəvi dinlərə münasibətdə qərəzli siyasət yürüdən ölkələr sırasına daxil edilən dünyada dini azadlıqlara riayət olunmasına dair məruzə özü qərəzli xarakter daşıyır. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Dövlət departamentinin yayılmış məruzəsini şərh edərkən bəyan edib.

Onun fikrincə, məruzə Azərbaycanın real vəziyyəti barədə məlumatlandırılmadan hazırlanıb, ABŞ-nın Azərbaycandakı səfirliyi öz hökumətini işlərin real vəziyyəti barədə vaxtında məlumatlandırmayıb.

QMİ sədr müavininin sözlərinə görə, bu gün Azərbaycanda krişna, battist, adventist və s. kimi bir çox qeyri-ənənəvi dinlərin, sektaların nümayəndələri azad fəaliyyət göstərir və onların fəaliyyəti Avropanın bir sıra ölkələrində qadağan edilib. "Bu sektaların çoxu hətta qeydiyyatdan keçməyib və Azərbaycanda olan tolerantlıqdan sui-istifadə edərək ölkədəki normal proseslərə maneə yaratmağa çalışır"-deyə Hacı Sabir bəyan edib.

Xatırladaq ki, ABŞ Dövlət departamentinin məruzəsində hakimiyyəti qeyri-ənənvi dinlərin nümayəndələrinə münasibətdə qərəzli siyasət yürüdən ölkələr qrupuna Azərbaycanla yanaşı Rusiya, Belorus, Bruney, İndoneziya, İsrail və işğal olunmuş ərazilər, Malayziya, Pakistan və Türkiyə də daxildir.

Xəbər lenti

Xəbər lenti