...

Hakimliyə namizədlərin imtahanlarının ikinci mərhələsi noyabrın sonunda keçiriləcək

Cəmiyyət Materials 10 Noyabr 2005 14:19 (UTC +04:00)

Hakimliyə namizədlərin imtahanlarının ikinci mərhələsi noyabrın sonunda keçiriləcək. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

Komitə sədri bildirib ki, növbəti mərhələyə keçmiş 223 nəfər namizədin yazılı imtahanının keçirilməsi üçün hazırda bir neçə yer nəzərdən keçirilir. "Lakin hələlik konkret ünvan müəyyənləşməyib. Həm imtahanların dəqiq tarixi, həm də imtahanın keçiriləcəyi yerlə əlaqədar yekun seçim növbəti həftə bəlli olacaq. Hazırda bir neçə variant müzakirə olunur", - deyə İman Nağıyev söyləyib.

Xəbər lenti

Xəbər lenti