...

Şəhriyar Məmmədyarov çıxışlarına qələbə ilə başlayıb

Cəmiyyət Materials 10 Noyabr 2005 14:41 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulda keçirilən dünya birinciliyindəki çıxışlarına qələbə ilə başlayıb.

Trend in məlumatına görə, birinci turda şahmatçı Serbiyadan olan Marko Krivokapiçə qalib gələrək öz aktivinə ilk xalı qrazanıb. Debüt turunda danimarkalı Klud Yavob Vanqa qalib gələn Vüqar Haşımov da çıxışlarına uğurla başlayıb. Lap bu yaxınelarda 3-cü qroyssmeyster balını yerinə yetirən Nicat Məmmədov isə çexiyalı Viktor Lazniçko ilə heç-heçə oynayıb. Fərid Zeynalov alman Rau Hannesi uda bilməyib, Faiq Ələsgərov isə Hollandaya idmançısı Daniel Stelvagenə məğlub olub.

Qızlar arasında hesabda Nərgiz Umudova gürcü şahmatçısı Makoy Purtseladze ilə xallarını bölüşüb, Türkan Məmmədyarova isə Norveç idmançısı Yelisiv Reppenə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti