...

Azərbaycanın Təhsil Nazirliyi Belarusiyaya əməkdaşlıq təklifi edir

Cəmiyyət Materials 10 Noyabr 2005 15:02 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi təhsil sahəsində əməkdaşlığa dair layihənin son variantını Belarusiyaya təqdim edib. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Sazişin layihəsi ölkənin Təhsil Nazirliyinin ekspertləri tərəfindən hazırlanaraq baxılmaq üçün Belorusiyanın Təhsil Nazirliyinə verilib. Cüzi düzəliş və qeydlərdən sonra Belorusiya tərəfi layihəni Azərbaycana qaytarıb. Tərəflər sazişi 2006-cı ilin əvvəlində imzalamağı planlaşdırır. Bütövlükdə, sənəddə müəllim və tələbə mübadiləsi, hər iki ölkənin universitetləri arasında qarşılıqlı əlaqələrin yaradılması, tələbələrə təqaüdlərin verilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan artıq bir sıra MDB və xarici ölkələrlə analoji sazişlər imzalayıb, Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrlə sazişlərin layihələri isə işlənib-hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti