...

Bu mövsüm Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə 2500-ə qədər dindar Həcc ziyarətinə gedəcək

Cəmiyyət Materials 10 Noyabr 2005 17:03 (UTC +04:00)

Bu mövsüm Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə 2500-ə qədər dindar Həcc ziyarətinə gedəcək. QMİ-nin beynəlxalq əlaqələr şöbəsinin rəisi Hacı Azadın Trend ə bildirdiyi kimi, 2006-cı ildə Həcc ziyarətinə getmək istəyənlərin sənədlərinin qəbulu artıq başa çatıb.

1646-ərizə ziyarətə avtobusla gedəcək zəvvarlardan daxil olub. Yerdə qalan zəvvarlar isə ziyarətə təyyarələrlə gedəcək. Hacı Azadın sözlərinə görə, avtobuslar dekabrın 25-də, təyyarələr isə dekabrın 31-də yola düşəcək. Zəvvarlar ziyarətdən 23 və 17 gündən sonra qayıdacaqlar.

Azərbaycana 2800 yer ayrılıb. Bunlardan 2600 yer Azərbaycan vətəndaşları, 200 yer isə ölkədə yaşayan xarici vətəndaşlar üçün nəzərdə tutulub. Bu, avtobusla ziyarətə getmək istəyən dindarlara 1320, "Boinq 737" təyyarələrində ziyarət etmək istəyənlərə isə 2100 ABŞ dollarına başa gələcək. Avtobuslar İran-Türkiyə-Suriya-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə hərəkət edəcək. Yolda zəvvarlar müsəlman dünyasında müqəddəs yerlərə baş çəkə biləcəklər.

Bu il Azərbaycanın "TUR", "Karvan D" və "Prezident" turizm firmaları tərəfindən də Həcc ziyarətləri təşkil olunur. QMİ bu məqsədlə 300 nəfərlik yer ayırıb. Hacı Azadın sözlərinə görə, bu firmalarda da sənədlərin qəbulu artıq başa çatıb.

Xəbər lenti

Xəbər lenti