...

Azərbaycanın sambo üzrə yığması dünya çempionatında çıxışlara başlayır

Cəmiyyət Materials 11 Noyabr 2005 15:04 (UTC +04:00)

Azərbaycanın sambo üzrə yığması noyabrın 11-də Astanada başlamış dünya çempionatında iştirak edir.

Milli Ferasiyada Trend ə bildirilib ki, komandanın tərkibinə Elçin Mayılov (57 kq), Hakim Nəzərəliyev (62 kq), Qabil Məsməliyev (68 kq), Səhliman Ağayev (74 kq) və Rüstəm Rüstəmov (90 kq) daxildir. Kollektivin baş məşqçisi Mübariz İbrahimovun fikrincə, onun yetirmələri bir neçə çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparmaq iqtidarındadır. Bu mənada əsas göstəricini H.Nəzərəliyevə aid etmək olar.

Məşqçi hesab edir ki, Azərbaycan samboçularının əsas rəqibi qədim ənənə məktəbi keçmiş Rusiya idmançıları ola bilər. Həmçinin yarışda Serbiya, Gürcüstan, Ukrayna, Belarus, Fransa, Böyük Britaniya və bir çox digər ölkə idmançılarının çıxışları gözlənilir.

Xəbər lenti

Xəbər lenti