...

Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsi ABŞ Dövlət departamentinin hesabatını "qeyri-obyektiv və qeyri dəqiq" olaraq qiymətləndirir

Cəmiyyət Materials 11 Noyabr 2005 15:30 (UTC +04:00)

Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsi təəssüf edir ki, ABŞ Dövlət departamentinin dünyada dini azadlıqlara riayət edilməsinə dair illik hesabatında real vəziyyət deyil, dini icma qruplarının "qeyri-obyektiv, dəqiq olmayan və fakta əsaslanmayan" iradları əks olunub.

Trend bildirir ki, bu barədə Dövlət komitəsinin məlumatında deyilir.

Məlumatda deyilir ki, Azərbaycanda mövcud tolerantlıq, müxtəlif dinlər arasında olan xoş münasibətlər, dövlətin müsbət təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Dövlət komitəsi qeyd edir ki, ayrı-ayrı dini icmaların ölkəyə qeyri-qanuni gətirilən və yayılan dini ədəbiyyatlar, icmaların qeydiyyatı, missionerliyə mənfi münasibət və s. ilə bağlı iradları dövlət komitəsi tərəfindən dəfələrlə şərh edilib və dövlətin bu məsələlərə obyektiv münasibəti dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

Dövlət qurumunun məlumatında deyilir ki, hesabat bütövlükdə ayrı-ayrı ölkələrin hüquq-mühafizə və dini qurumlarının müxtəlif yollarla əldə etdiyi materiallar əsasında yaradılmış məcmuə təəssüratı bağışlayır.

Xəbər lenti

Xəbər lenti