...

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Qurban Qurbanovun vida matçında oynayacaq

Cəmiyyət Materials 11 Noyabr 2005 16:11 (UTC +04:00)

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov noyabrın 16-da Toftq Bəhramov adına Respublika stadionunda Qurban Qurbanovun vida matçında iştirak edəcək.

Qurban Qurbanovun Trend ə verdiyi məlumata görə, o, qarşıdakı görüşə müxtəlif klublarda oynayan tanınmış yerli oyunçuları dəvət etməyi planlaşdırır. O, görüşdə iştirak etmək üçün "Nosta"da çıxış edən müdafiəçi Emin Ağayevə dəvətnamə göndərib.

Futbolçu komandasına qarşı oynayacaq milli çempionatın legionerlər yığmasına "İnter"in məşqçisi Anatoli Konkovun başçılıq edə bilməyəcəyindən təəssüfləndiyini bildirib. Çempionatda fasilədən istifadə edərək o, şəxsi işləri ilə əlaqədar Ukraynaya gedəcək.

Xəbər lenti

Xəbər lenti