...

Hindistanın Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasının nümayəndə heyəti Bakıya səfərə gələcək

Cəmiyyət Materials 11 Noyabr 2005 16:56 (UTC +04:00)

Noyabrın 14-16-da Hindistanın Ticarət və Sənaye Nazirliyi yanında Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurasının nümayəndə heyətinin Bakıya səfəri başlayacaq. Bu barədə Trend ə Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə dərman preparatları baytarlıq alətləri məhsulları və cərrahiyyət avadanlıqları və s. istehsalçısı olan firmalar daxildir. Səfər çərçivəsində noyabrın 15-də Abşeron mehmanxanasında biznes-forum keçiriləcək. Burada hind istehsalçıları azərbaycanlı həmkarlarını və alıcıları öz məhsulları ilə tanış edəcəklər. Forumun açılışında Azərbaycanın Ticarət-Sənaye Palatasının və Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti