...

Şəhriyar Məmmədyarov liderliyi əlindən saxlayıb

Cəmiyyət Materials 14 Noyabr 2005 11:09 (UTC +04:00)

Türkiyədə 20 yaşına qədər olan qızlar və yeniyetmələr arasında keçirilən şahmat üzrə çempionatın 5-ci mərhələsindən sonra Şəhriyar Məmmədyarov liderliyi əlində saxlayıb. Trend in xəbər verdiyi kimi, bu mərhələdə polşalı qrossmeyster Radoslav Voytaşeklə heç-heçə oynayaraq 4.5 xal toplayıb. Qeyd edək ki, Vüqar Haşımov və Nicat Məmmədov da öz partiyalarını heç-heçə ilə başa vurublar və 3.5 xalla 9-12-ci yerləri bölüşdürürlər.

Türkan Məmmədova birinci turdakı məğlubiyyətdən sonra bir-birinin ardınca 4 qələbə qazanıb (sonuncu turda polşalı qrossmeyster İ.Zavadskanı məğlub edib) və 4.0 xalla 2-5-ci yerləri bölüşdürür. O, Çin şahmatçısı Qu Ksyaobinqdən bir xal geri qalır.

Xəbər lenti

Xəbər lenti