...

Azərbaycan güləşçiləri Dağıstanda keçirilən turnirdə dördüncüdür

Cəmiyyət Materials 14 Noyabr 2005 12:06 (UTC +04:00)

Dağıstanın Levaşi kəndində respublika Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədov mükafatı uğrunda sərbəst güləş üzrə super kubok yarışları keçirilib.

Trend in RİA "Dağıstan" agentliyinə istinadən xəbər verdiyi kimi, yarışların qalibi finalda ABŞ komandasını 4:3 hesabı ilə məğlub edən Dağıstan yığması olub. Üçüncü yerdə Gürcüstan, dördüncü yerdə - Azərbaycan, beşinci yerdə isə Belarus yığması qərarlaşıb.

Qalib komandaya əsas mükafat və 40 000 dollar məbləğində pul mükafatı M.Məhəmmədov, ABŞ komandasına isə Azərbaycan hökumətinin vitse-prezidenti Abbas Abassov tərəfindən təqdim edib.

Xəbər lenti

Xəbər lenti