...

Rusiyada Azərbaycan İli çərçivəsində son tədbir Sankt-Peterburqda keçiriləcək

Cəmiyyət Materials 14 Noyabr 2005 13:00 (UTC +04:00)

Rusiya Azxərbaycan İli çərçivəsində sonuncu tamamlayıcı tədbir noyabrnı 21-23-də Sankt-Peterburqda turizm üzrə keçiriləcək. Bu barədə "Tpend" ə Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyinin Turizm baş İdarəsinin xarici turizm şöbəsinin müdiri Elçin Qafarlı məlumat verib.

Əvvəlcə noyabrın 14-16-da keçirilirməsi planlaşdırılan tədbirdə Rusiya biznesmenlərinin diqqətini cəlb etmək məqsədilə ölkənin turizm potensialının təqdimatı keçiriləcək. E.Qafarlının sözlərinə görə, təqdimat mərasimi çərçivəsində bu sahəyə vəsait qoyulmasının perspketivləri barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, Sankt-Peterburqun sakinlərinə Azərbaycan mətbəxini təqdim etmək də planlaşdırılır.

E.Qafarlının sözlərinə görə, Sankt-Peterburqa səfər çərçivəsində şəhərin rəhbərliyi ilə görüş də nəzərdə tutulub. Eləcə də, Azərbaycan tərəfi Sankt-Peterburq hökumətinə turizm sahəsində əməkdaşlıq barədə razılaşmanın imzalanması ilə bağlı təklifi nəzərdən keçirməyi də diqqətə çatdıracaq. Azərbaycan tərəfi buraya ölkədə turizmin inkişafı üçün investisiyanın cəlb edilməsi, birgə müəssisələrin yaradılması üzrə layihələr, Azərböaycanın və Sankt-peterburqun tarixi yerlərinə turist səfərlərinin təşkili, iki ölkənin iri şəhərlərində turist informasiya mərkəzlərinin yaradılması ilə bağlı təklifləri daxil edib.

Xəbər lenti

Xəbər lenti