...

İran İslam Respublikasının ədliyyə naziri İran və Azərbaycanın məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır

Cəmiyyət Materials 14 Noyabr 2005 14:36 (UTC +04:00)

İran İslam Respublikasının ədliyyə naziri Camal Kərimi-Rad Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənovla görüş zamanı hər iki ölkənin məhkəmə və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Trend in İRNA agentliyinə istinadən xəbər verdiyi kimi, Tehranda keçirilən görüşdə Camal Kərimi-Rad qeyd edib ki, hər iki ölkənin məhkəmə və hüquq-mühafizə orqanları arasında əməkdaşlığa, o cümlədən cinayətkarların təhvil verilməsi və ekstradisiyasına dair imzalanmış 3 saziş Bakı ilə Tehran arasında hüquqi münasibətlərin inkişafı və dərinləşməsi üçün yaxşı əsas yaradır.

İranın Ədliyyə Nazirliyinin rəhbəri cinayətkarların ekstradisiyası sahəsində əməkdaşlığı uğurla həyata keçirildiyini bildirərək indiyə qədər Tehrandan Bakıya 64 cinayətkarın təhvil verlidiyini qeyd edib. Bakı tərəfdən isə Tehrana 270 cinayətkar ekstradisiya edilib.

Qeyd edək ki, İranla Azərbaycanda hər iki ölkənin məhkəmə orqanlarının hökm və qərarları rəsmən tanınır və məhkəmə sistemlərində tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti