...

"Azərneft" voleybolçuları "Ürvene Zvezde" komandasına məğlub olub

Cəmiyyət Materials 14 Noyabr 2005 15:05 (UTC +04:00)

"Azərneft" kişi foleybol klubu Cenevrədə keçirilən CEV kubokunun seçmə turnirində çıxışını minor notlarla başa vurub.

Trend in xəbər verdiyi kimi, sonuncu qarşılaşmada Feliks Məmmədovun yetirmələri 0:3 hesabı ilə Belqradın "Ürvene Zvezde" komandasına məğlub olublar. Azərbaycanlı oyunçular birinci partiyanı 12 xal fərqi ilə uduzublar. İkinci setdə də vəziyyət dəyişməyib. "Azərneft" 9 xal fərqi ilə məğlubiyyətlə barışıb. Fasilədən sonra komanda bir qədər yaxşı oynasa da üçüncü partiya da Belqrad komandasının 25:21 hesablı qələbəsi ilə başa çatıb.

Turnirin növbəti mərhələsinə vəsiqəni isə sonuncu turda İsveçrənin "Cenevrə" komandasını 3:2 hesabla məğlub etmiş Yunanıstanın PAOK komandası qazanıb.

Xəbər lenti

Xəbər lenti